KADR” hazırlıq kursları

Əziz abituriyenlər və şagirdlər! Kadr Kurslarında tədris TQDK-nın qəbul proqramı əsasında aparılır. Hər qrupda 5 fənn tədris olunur. Hər fənn həfd ədə 3 dəfə olmaqla ayda 12 dəfə keçirilir. Hər fənn ayda 12 saat tədris edilir.abituriyent-hazirliqi

Müəllim kollektivimiz  öz sahəsində peşəkar olan, uğurlu fəaliyyətləri ilə özünü isbatlamış müəllimlər dərs keçir.

İmtahanlarımız TQDK-nın qəbul proqramı əsasında hazırlanır. Şagirdin bilik səviyyəsini artırır, diqqətli olmasını, sürətli çalışmasını öyrədir vənəticələr optik oxuyucu vasitəsi ilə oxunub şagirdlərə verilir. Tədris ilinin əvvəlində səviyyə təsbit imtahanı ilə şagirdlər topladığı bala uyğun olaraq qruplara yerləşdirilir.

Kuizlər İl ərzində hər fənnin mövzularına uyğun olaraq həftəlik imtahanlar keçirilir ki, bunun da əsas məqsədi ondan ibarətdir ki, abituritentlərin mövzuları mənimsəmə səviyyəsi müəyyənləşdirilir.

Mövzu Sınaqları Hər ay keçirilən mövzu sınaqları abituriyentlərin bir ay ərzində öyrəndikləri mövzuları əhatə edir. Bu sınaqların nəticəsində abituriyentlərin inkişaf tempi, keçirilən mövzuların mənimsənilmə səviyyəsi müəyyənləşdirilir.

Ümumi Sınaqlar  abituriyentlərin il ərzində öyrəndikləri bütün mövzuları əhatə edir. Beləliklə, abituriyentlər Qəbul İmtahanına hazırlıq səviyyələrini müəyyənləşdirirlər.

Mövzu və Ümumi Sınaqların digər əhəmiyyəti də ondan ibarətdir ki, il ərzində 20-yə yaxın imtahanda iştirak edən abituriyentlər Qəbul imtahanının psixoloji həyəcanindan xilas olurlar.

TƏDRİSDƏ NƏZARƏT — Şagirdin dərsə davamiyyəti ciddi şəkildə təqib olunur. Davamiyyəti aşağı olan şagirdin valideynləri ilə əlaqə saxlanılaraq məlumatlandırılır.

TƏDRİS BÜTÜN İXTİSAS QRUPLARI ÜZRƏ APARILIR.

I qrup Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, İngilis dili

II qrup Azərbaycan dili, Riyaziyyat, Coğrafiya, Azərbaycan tarixi, İngilis dili

III qrup Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, İngilis dili

IV qrup Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Biologiya