AutoCAD  proqramı həm iki ölçülü , həm də üç ölçülü modelləmə üstünlüyü var . Burada üç ölçülüdə sərbəst işləmək üçün iki ölçülünü mükəmməl səviyyədə bilmək lazımdır . Proqramın dəqiq ölçü ilə işləmək üstünlüyü var .

Burada materiallanma və işıqlanma zəif olduğu üçün biz 3 ölçülü AutoCAD faylını 3Ds Max – a atıb orada V-Ray – da edirik bu prosesi .

Sİz bu proqramda əsasən tikintiyə aid olan  “işçi və eskiz layihələri , konstruksiya işlərini mebelə aid olan dəlik – deşik sənədlərini “ hazırlaya bilərsiniz .

Həmçinin 3Ds Max , ArchiCAD , İllustrator , Corel DRAW  və .s. proqramları ilə əlaqələndirmək olur . Proqramın öyrənilmə müddəti tam olaraq 2 aydır .

—————————————————————————————————————————————

3Ds  MAX  proqramı  hərtərəfli 3D  modelləşdirmə ,animasiya , işıqlandırma , materiallandırma proqramıdır. Bu proqramda siz evlərin içinin və çölünün dizaynını peşəkar səviyyədə öyrənəcəksiniz . Siz həmçinin ofislərin , gözəllik salonlarının , sərgilərin , restoranların , parkların və.s. dizaynını da verə bilərsiniz .

Bundan əlavə  AutoCAD , ArchiCAD , İllustrator və.s. proqramlarla olan əlaqələrini öyrənəcəksiniz. Siz , modelləməni tam bitirdikdən sonra işlərinizin real görenməsi üçün  V – Ray— ı öyrənməlisiniz .

Bu , əlavə proqram deyil , plagindi. Əlavə olaraq yüklənir və 3Ds Max – ın içində olur. Proqramın öyrənilmə müddəti 3 aydır.

——————————————————————————————————————————————

ADOBE  AFTER EFFECTS

Proqram professional motion , qrafik və film , TV , video və web üçün vizual effektler hazırlamaq imkanı verir. After Effects-ə başlamadan öncə  Photoshop və İllustrator proqramlarını bilməyiniz məsləhət görülür.

Proqram peşəkar səviyyədə video montaj , inanılmaz vizual hərəkət qrafik imkanı verir. Sizin yaradıcılığınız bu proqram vasitəsilə daha da geniş olacaq.

Burada siz video , şəkil , MP-3 vasitəsilə mükəmməl animasiyalar yarada biləcəksiniz.

————————————————————————————————————————————-

ADOBE  ILLUSTRATOR proqramı loqotiplər ,ikonlar , eskizlər , mətbəə və çap ,web, interaktiv , video  və mobil üçün kompleks təsvirlər yaratmağa  imkan verir. Adobe İllustrator  rəsm və rəng idarə imkanları və mətn üçün geniş  alətlərə malikdir.

Burada siz istənilən  reklam ( promotion ) işlərini , buklet , jurnal , vizitkart , kitab üzləri , dəvətnamələr , həmçinin siz burada facebook , instagram üçün reklam template – ləri hazırlaya bilərsiniz .  Bundan əlavə  Photoshop və After Effects ilə birbaşa əlaqəlidir .

Proqramın öyrənilmə müddəti 2 aydır .

—————————————————————————————————————————————

ADOBE PHOTOSHOP

Dünyanın ən yaxşı şəkil montaj proqramıdır. Hər bir yaradıcı layihənin əsasını təşkil edir. Burada siz istənilən növ şəkil montaj işlərini , köhnə şəkillərin bərpasını , ağ – qara şəkillərin rənglənməsini və.s edə bilərsiniz .

Photoshop komputer Qrafikasının Rastır bölməsinə aiddir . Fotoqrafiya sahəsinin ayrılmaz hissəsidir. Dünyada tayı bərabəri olmayan , peşəkar səviyyədə hazırlanmış proqramdır . Proqramı seçən zaman seçimlərə üstünlük verməyiniz tövsiyə olunur .Özünün ayrıca effektlər bölməsi var . Bütün proqramlara açılan qapıdır . Proqramın öyrənilmə müddəti tam olaraq 1 aydır.

—————————————————————————————————————————————

Photoshop və Corel Draw 

Kadr Tədris Mərkəzi sizlərə professional səviyyədə  təşkil olunmuş Photoshop və Corel Draw dərsləri təqdim edir . Bu proqramları öyrənərək siz professional  şəkildə foto – montaj , şəkillər üzərində dəyişikliklər edə biləcək , gələcəkdə kitab  üzlərinin , maketlərin ,visit kartların , firma blanklarının , loqotip və açıqcaların yaradılmasını , onların qrafik təsvirlərinin redaktə edilməsini  müstəqil olaraq həyata keçirə biləcəksiniz.

Dərslər təcrübəli müəllimlər tərəfindən praktiki şəkildə keçirilir.

Kursun müddəti 2 aydır.

Kursu uğurla bitirənlərə sertifikat veriləcək.

Tədrisimizə tam zəmanət verilir.

  Tel — 012 440 79 64

 051 400 32 19 (wp) , 055 570 80 21

📌Ünvan — 28 May m.st. 28 Mall yaxınlığı S.Rəhimov 195