Mərkəz ölkəmizdə bazar iqtisadiyyatının inkişafı və onun artan rəqabət tendensiyaları müşahidə edildiyini nəzərə alaraq, şirkət və təşkilatların yüksək ixtisaslı və peşəkar kadr ehtiyatları ilə təmin edilməsinə xüsusi diqqət ayırmışdır. Bu zaman mərkəz nəinki şirkət və təşkilatların kadr potensialına daxil olan eyni zamanda öz biliklərini təkmilləşdirməklə özəl sektorda öz layiqli yerini tutmaq istəyən şəxslərin də təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu zaman hər bir şəxs seçdiyi vəzifəyə uyğun olaraq kompleks təlim və kurs proqramını keçir. Proqramlarda cari vəzifə üçün tələb olunan biliklər modullar şəklində təsvir olunur. Sonda bütün proqramı mənimsəyən şəxslər imtahan olunduqdan sonra onlara müvafiq dərəcə verilir.

Kadr Kursları  dövlət qulluğu üzrə hazırlıq kursları tətbiq etməyə başlamışdır  və buna uğurla davam edir. Hazırlıq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təsdiq olunmuş 4 istiqamət üzrə aparılır.

  • Azərbaycan dili
  • Qanunvericilik
  • İnformasiya texnologiyaları
  • Məntiqi düşünmə

Ayda iki dəfə sınaq imtahanı keçirilir.

Hər fənn həftədə 2 dəfə olmaqla 3 saat keçirilir.

Kursun ümumi müddəti 3 aydır

Əziz abituriyenlər və şagirdlər! Kadr Kurslarında tədris TQDK-nın qəbul proqramı əsasında aparılır. Hər qrupda 5 fənn tədris olunur. Hər fənn həfd ədə 3 dəfə olmaqla ayda 12 dəfə keçirilir. Hər fənn ayda 12 saat tədris edilir.

TƏDRİS BÜTÜN İXTİSAS QRUPLARI ÜZRƏ APARILIR.

I qrup Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, İngilis dili

II qrup Azərbaycan dili, Riyaziyyat, Coğrafiya, Azərbaycan tarixi, İngilis dili

III qrup Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, İngilis dili

IV qrup Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Biologiya